Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-03-2024 , 14:56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Gülnarə Seyidova: “Bələdiyyənin ən böyük problemi əmlakla bağlıdır”-

“Bələdiyyənin ən böyük problemi əmlakla bağlıdır”- bu fikirləri Şəki rayonu Qoxmuq bələdiyyəsinin sədri Gülnarə Seyidova bildirib.

“Rəylərin alınmasıyla bağlı müraciətlərin ləng cavablandırılması, eyni məzmunlu müraciətlərə fərqli-fərqli cavabların verilməsi və müxtəlif siyahı üzrə sənədlər paketinin tələb edilməsi, ən əsası bu günədək xəritələrin verilməməsi isə konkret olaraq  fəaliyyətimizə problem yaratmaqdadır” –deyə sədr fikrini  davam etdirib.  

Yenilənmiş BAMS proqramı fəaliyyətimizə geniş imkanlar yaradıb. Artıq bütün ərazidə vergi ödəyicilərinin hər bir barədə məlumat sistemə yerləşdirilib.

Əldə etdiyimiz maliyyə vəsaitiylə bələdiyyəyə müraciət edən vətəndaşların problemlərinin həlliylə bağlı addımlar atılır. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etməklə sakinləri bələdiyyədən razı qalmalarına çalışmaqdır.

Bununla bağlı çalışırıq ki, bələdiyyənin hər hansı bir quruma borcu olmasın. Əldə olunun maliyyə vəsaitiylə ilk növbədə ödənişlərimizi edirik.  Bu günədək DSMF  bələdiyyənin hər hansı borcu olmayıb.

Bələdiyyə-icra münasibətlərinə toxunan sədr bildirib ki, işlədiyim iki il ərzində İcra hakimiyyəti bələdiyyənin heç bir işinə qarışmır, müdaxilə etmir,  münasibətlər sivil şəkidlə qurulub. Fəaliyyətimizdə hər zaman RİH-in dəstəyini hiss edirik.

Belediyye.info

Sədr həm də amraqlı təkliflə də çıxış etməyi unutmadı:

- Bələdiyyəyə aid rüsum və vergi dərəcələrinin məbləği 2000-ci ildə qəbul edilən şəkildə davam edir. İqtisadi proseslər nəticəsində inflyasiyanın baş verdiyi və digər xidmətlər sahəsində tarif dərəcələrinin artdığı bir vaxtda bələdiyyələrə aid tarif dərəcələrinn hələ də 2000-ci il səviyyəsində qalması büdcə gəlirlərimizə də təsir edir. Odur ki, bu tariflərin yenidən baxılmasına bu gün ehtiayc var.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər